Fyuçers Kontraktı

gələcəkdə göndəriləcək mallara, aksiyalara və ya valyutalara müqavilənin bağlandığı anda olan satış qiymətləri ilə bağlanmış kontraktdır.
Fyuçers Əqdləri
Fyuçers Qiyməti
OBASTAN VİKİ
Fyuçers
Fyuçers müqaviləsi yaxud Birja əqdi (qısaca fyuçers) — müəyyən edilmiş tarix də müəyyən baza aktivinin əvvəlcədən razılaşdırılmış qiymətlərlə alınması və ya satılması haqqında öhdəliyi təsbit edən standartlaşdırılmış birja müqaviləsini ifadə edən qiymətli kağızdır. Fyuçers müəyyən məhsul partiyasının sövdələşmə anında hər iki tərəfi qane edən qiymətlə alınması üçün müqavilədir, məhsul özü isə satıcı tərəfindən kifayət qədər uzun müddət sonra təqdim olunur. Fyuçers fond bazarında sövdələşmə obyekti olan ikinci dərəcəli qiymətli kağızdır. Fyuçers müqavilələrini alıb-satan şəxsləri hecerlər və spekulyantlar adlandırmaq olar. Hecerlər əsasən riskin azaldılması üçün fyuçers sövdələşmələrində iştirak edirlər, belə ki onlar aktivi öz biznesləri çərçivəsində ya istehsal, ya da istifadə edirlər. Spekulyantlar isə qısa müddət ərzində gəlir əldə etmək məqsədilə fyuçers müqvilələri bağlayırlar. Fyuçers müqavilələrinin bağlandığı əsas məhsullar buğda, qiymətli və rəngli metallar, neft və neft məhsullarıdır. 1970-ci ildən əsas birjalarda xarici valyuta, fiksə olunmuş gəlirlə qiymətli kağızlar və bazar indeksləri üzrə maliyyə fyuçers müqavilələri tətbiq olunmağa başlandı. Ticarətin həcminə görə onlar hazırda baza aktivləri və ənənəvi fyuçers müqavilələrindən daha mühüm əhəmiyyətə malikdirlər. Maliyyə aktivləri bazarında fyuçers müqaviləsi iki sərmayəçi arasında olan müqavilədir, ona əsasən sərmayəçilərdən biri müqavilənin bitmə müddətinə digər sərmayəçiyə öncədən razılaşdırılmış qiymətə müəyyən miqdarda qiymətli kağız satmağı (və ya almağı) öz öhdəsinə götürür.
Fyuçers Müqaviləsi

Topçubaşov–Çandler kontraktı (1919)
Topçubaşov-Çandler kontraktı — Parisdə Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşovla Nyu-York şəhərindən Amerika Birləşmiş Ştatları Konqresi nümayəndələr palatasının üzvü Valter Çandler arasında Azərbaycanın mənafelərini müdafiə etmək haqqında imzalanmış müqavilə. Müqaviləyə görə, Çandler 3 ay müddətinə Azərbaycan Xalq Cümhuriyyətinin mənafeyini və müstəqilliyini müdafiə etməyi öz üzərinə götürürdü.
Əsrin kontraktı (film, 1996)
Qədim Azərbaycan torpağında neftin tapılmasından ta bu günə qədər keçdiyi tarixi yol, "qara qızıl"ın ölkəmizin ictimai-siyasi həyatında, iqtisadiyyatında oynadığı rol, 1994-cü ildə Bakıda Dövlət Neft Şirkəti ilə xarici ölkələrin iştirak etdiyi Neft konsorsiumu arasında Əsrin kontraktının imzalanması, bu kontraktın müasir həyatımıza göstərəcəyi təsir və s. mühüm əhəmiyyətli məsələlər filmdə öz əkini tapmışdır. Film kontraktın imzalanma anından başlayır və ölkənin neft sənayesinin ilk neft quyularından tutmuş, müasir qazma qurğularına kimi inkişaf mərhələlərini bütünlüklə əks etdirir.Filmdə respublikada neftçıxarmanın vəziyyətinin təhlili verilmişdir. Film "Əsrin Kontraktı" adlandırılan müqavilənin Azərbaycan üçün siyasi-iqtisadi əhəmiyyətini açıqlayır. XIX əsrin sonu, XX əsrin əvvəlində yaşamış neftxudalar haqqında epizodlar, ekologiyaya həsr olunmuş blok, Azərbaycan neft şirkəti nümayəndələri ilə müsahibələr filmə daxil edilmişdir. Neft kontraktının imzalanmasında respublika prezidenti cənab Heydər Əliyevin rolu xüsusilə vurğulanmışdır. Əvvəllər neftin Azərbaycan xalqının başına çox bəlalar gətirdiyi müəllif mövqeyi kimi filmdə obrazlı ifadə olunmuşdur. Filmdə bu gün iqtisadi əməkdaşlığın yeni formasının Azərbaycanın çiçəklənməsinə gətirib çıxaracağına ümid bəslənilir. "Əsrin Kontraktı" sənədli filmi respublikamızın salnaməsi üçün mühüm kino sənədidir. 1)1997-ci ildə Film rejissor işinə görə "Humay" Mükafatına layiq görülmüşdür.